Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Qarabağ"da azalıb

 

Azərbaycan Premyer Liqasının dəyəri ötən ayla müqayisədə qalxıb.

"Demokratikmusavat.com" -ın məlumatına görə, bu "Transfermarkt" portalında öz əksini tapıb.

Avqustun 15-də çempionatın dəyəri 60,10 milyon avro təşkil edibsə, hazırda bu rəqəm 61,50 milyon avroya bərabərdir. Bu isə təxminən 2,3 faiz artım deməkdir.

Premyer Liqadakı 10 komandadan yalnız "Qarabağ"la "Zirə" dəyər itirib. İbrahima Vadjini Fransa "Sent-Etyen"inə satan "köhlən atlar"ın futbolçularının ümumi qiyməti 14,08 milyon avrodan 13,43 milyon avroyadək düşüb. Bu, 4,6 faizlik azalmadır. "Qartallar"ın dəyəri bir faiz enərək, 7,33 milyon avrodan 7,25 milyon avroya azalıb.

"Neftçi" (10,20 milyon avro), "Sabah" (8 milyon avro) və "Qəbələ"də (5,78 milyon avro) hər hansı dəyişiklik baş verməyib.

Əvəzində "Səbail" (4,83 - 5,33 milyon avro, 10,4 faiz), "Sumqayıt" (3,90 milyon avro - 4,3 milyon avro, 10,3 faiz), "Turan Tovuz" (2,88 milyon - 3,35 milyon avro, 16,5 faiz), "Şamaxı" (1,55 - 2,05 milyon avro 32,4 faiz) və "Kəpəz"də (1,58 - 1,83 milyon avro, 15,9 faiz) artım qeydə alınıb.

0.12618803977966