Obameyanq yenidən Londona qayıda bilər

 

Qabon millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Pyer-Emerik Obameyanq yenidən Londona qayıda bilər.

Bu barədə italiyalı insayder Fabritsio Romano özünün "Tviter" hesabında bildirib.

İnsayder qeyd edib ki, sabiq "Arsenal"lı üçün "Çelsi" və "Barselona" arasında danışıqlar aparılır. "Çelsi" evinə hücum zamanı çənəsi sınmış 33 yaşlı Obameyanq üçün rəsmi tibbi məlumat da istəyib. Futbolçunun transferi üçün ispaniyalı cinah müdafiəçisi Markos Alonso da qarşı tərəfə təklif olunub.

Xatırladaq ki, Pyer-Emerik Obameyanq bu ilin yanvarında "Arsenal"dan heç bir transfer məbləği ödənilmədən "Barselona"ya keçmişdi. İspaniyada 24 oyuna çıxan hücumçu 13 qol vurub və 1 məhsuldar ötürmə edib.

0.379154920578