Qorbaçov bu tarixdə dəfn olunacaq

 

Keçmiş SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçov sentyabrın 3-də dəfn olunacaq.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "İnterfaks" agentliyinə Qorbaçovun qızı İrina məlumat verib.

Sabiq Prezident Novodeviçye qəbiristanlığında torpağa tapşırılacaq.

Mərhumla vida mərasimi Moskvada İttifaqlar Evinin Sütunlu salonunda keçiriləcək.

Qeyd edək ki, Mixail Sergeyeviç Qorbaçov uzun sürən xəstəlikdən sonra avqustun 30-da 92 yaşında vəfat edib.

0.40864205360413