Azərbaycan vətəndaşlığından imtina edənlərin sayı açıqlanıb - RƏSMİ

 

Azərbaycan Respublikası vətəndaşlığından imtina ilə bağlı Dövlət Miqrasiya Xidmətinə son iki ildə müraciət edənlərin 69%-i qadındır. Bu müddət ərzində 61 nəfər Azərbaycan vətəndaşlığından imtina ilə bağlı müraciət edib. Bunu Dövlət Miqrasiya Xidməti Anews.az-ın sorğusuna e-mail vasitəsi ilə verilən cavabda bildirib.

"2021-ci ildən 26 avqust 2022-ci ilədək Azərbaycan vətəndaşlığından çıxmaqla bağlı 61 vəsatət  Dövlət Miqrasiya Xidmətinə daxil olub",  Dövlət Miqrasiya Xidmətinin cavabında bildirilir.  

Daxil olan vəsatətlərin 9-u təmin edilib, 2 vəsatət təmin olunmayıb. Digər müraciətlər araşdırılır.

Müraciət edənlərdən 19-u kişi, 42-i qadındır. Onlardan 36 nəfər 30 yaşa qədər, 20 nəfəri  30-50 yaş, 5 nəfər 50 yaşdan yuxarı olan şəxslərdir.

0.13428688049316