Gözlər Brüsselə dikilib: Bakının şərtləri, İrəvanın çarəsizliyi…

 

Bu gün diqqət əsasən Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda  keçiriləcək dördüncü görüşünə yönəlib.

Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün, əməkdaşlığın təmin olunması üçün görüşün gündəliyi də ortadadır:

- 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci ildə imzalanan üçtərəfli razılaşmaların icra  olunması;

- Azərbaycanın şərtləri daxilində sülh sazişi üzərində aktiv işə başlanması;

- Zəngəzur dəhlizi və kommunikasiyaların açılması istiqamətində İrəvanın təxirəsalınmadan konkret addımlar atması;

- Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası;

- Qarabağdakı ermənilərin tam silahsızlaşdıırlması və oradakı separatçıların, terrorçuların Azərbaycan ərazisindən çıxarılması.


İrəvanın üzərinə götürdüyü öhdəliklər və razılaşmaları ən müxtəlif yollarla vaxt qazanmaq baxımından gecikdirməsi və ya uzatmağa cəhdi isə Cənubi Qafqazda gərginliyin davam etməsinə xidmət edəcək ki, bu da bölgədə müharibənin alovlanmasına gətirib çıxara bilər. Bu da öz növbəsində Ermənistanın ərazi itkisi ilə nəticələnə bilər və bu qaçılmaz prosesdir. İrəvan Bakının şərtləri daxilində sülh sazişini yubatması, Ermənistanın, ümumilikdə ermənilərin milli maraqları baxımından daha əlverişsiz və ağır şərtlərin qəbul edilməsi ilə nəticələnəcək.
Buna səbəb isə həm bölgədə, dünyada gedən proseslər İrəvanın xeyrinə olmaması, həm də Azərbaycanın hücum diplomtiyası qarşısında Ermənistanın tab gətirmək gücündə olmamasıdır. Azərbaycanın bu gün keçirdiyi hücum diplomatiyası nəticəsində Ermənistan seytnot vəziyyətdən çıxa bilmir və davamlı olaraq uğursuzluqlara düçar olur. 

Digər bir məqam isə maraqlı güclərin Ermənistanı daha zəif salmaqla öz maraqlarını təmin etməyə çalışacaq. Necə ki biz bu gün bunu müşahidə etməkdəyik. Odur ki İrəvan yaranmış fürsəti dəyərləndirib, maksimum faydalanmağa çalışmalıdır. Əks təqdirdə İrəvan əldən verdiyi imkanları sonradan bərpa etmək cəhdələri yeni-yeni itkilərə səbəb olacaq.

Mürtəza Bünyadlı
Demokratikmusavat.com

0.23030281066895