Putinin kiçik qızı atasının soyadını Zelenski ilə dəyişdi – MARAQLI FAKTLAR

 

1986-cı ilin avqustun 31-də Almaniyanın Drezden şəhərində anadan olan Rusiya Prezidentinin kiçik qızı Katerina (Yekaterina) atasının soyadından imtina edərək özünə ana nənəsi Yekaterina Tixinovna Şkrebnevanın soyadını götürüb, Zelenskidən dünyaya övlad gətirib.

Katerina ilk orta təhsilini Almaniyada alandan sonra Rusiyanın Sankt-Peterburq Dövlət Universitetini bitirib. O, daha sonra rok-n-rol rəqsi ilə uğur qazanıb.

Demokratikmusavat.com ” “Der Spiegel”ə istinadən xəbər verir ki, Putinin kiçik qızı balet artisti İqor Zelenski ilə görüşür  və ondan bir qız dünyaya gətirib.

Mətbu orqanının yazdığına görə, Katerina Tixinova 2017-2019-cu illərdə Moskvadan 50 dəfədən artıq Almaniyanın Münhen şəhərində işləyən Zelenski ilə görüşmək üçün uçub.

Araşdırma nəticəsində o da bəlli olub ki, 9 dekabr 2019-cu ildə Münxendən Moskvanın “Vnukovo” hava limanına enən sərnişinlər arasında   Putinin  təhlükəsizlik xidmətinin 3 əməkdaşı, iki dayə, İqor Zelenski, Katerina Tixinova  və onlaırn 2 yaşlı qızları olub. Onların övladı 2017-ci ildə dünyaya gəlib.

Mətbu orqanı onu da yazıb ki, Katerina birinci əri Kiril Şamalovdan 2017-ci ildə ayrılıb və ondan sonra tez-tez Münhenə uçmağa başlayıb. Şamalovla Tixinova 2013-2018-ci ilin yanvarınadək rəsmi nikahda olub.  

Onu da qeyd edək ki, Zelenskinin keçmiş balerina Yana Serebryakovdan üç övladı dünyaya gəlib. 

Katerina ilə əlaqələrindən sonra Zelenskiyə Rusiyada “yaşıl işıq” yansa da, Almaniyada proseslər tam əksinə gedib. Zelenskinin Bavariya baleti ilə müqaviləsi 2025-ci ilədə bitməsi nəzərdə tutulsa da, 2022-ci ilin aprelində ailə vəziyyəti ilə əlaqədar işindən ayrılmalı olub.

Lakin bir çox media orqanları yazır ki, buna səbəb Zelenskini Rusiyanı Ukraynaya qarşı işğalını açıq şəkildə pisləməsindən imtina etməsi olub. 

Hazırda İqor Zelenski ilə Katerina Tixinovanın harada olduğu barədə məlumat yoxdur.
Mürtəza
Demokratikmusavat.com

0.15089416503906