ABŞ-dan Bakı və İrəvana çağırış

 

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanı diplomatik əlaqələrini gücləndirməyə və hərtərəfli sülh sazişinə nail olmağa çağırır. 

Demokratikmusavat.com ” xəbər verir ki, bunu jurnalistlərə brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.

Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Çarlz Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçiriləcək üçtərəfli görüşündən gözləntiləri ilə bağlı açıqlama verən Dövlət Departamentinin mətbuat katibinin müavini bəyan edib ki, ABŞ Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin, demokratik, firəvan və dinc həyatın  təşviqinə sadiqdir.
 
Mürtəza
Demokratikmusavat.com

0.55488419532776