Azarkeşlər Rusiya Kubokunun matçlarını boykot edib

 

Rusiyanın MOİK komandasının "Qara geyimli insanlar" fəal azarkeş birliyi Rusiya Kubokunun oyunlarını boykot edib.

Demokratikmusavat.com xəbər verir ki, səbəb Rusiya Peşəkar Futbol Liqasının azarkeşləri FAN ID sisteminə əsasən pasportla stadiona buraxma barədə verdiyi qərardır.

Nəticədə MOİK fanatları "Torpedo" ilə avqustun 31-də Moskvadakı Lev Yaşin adına "Dinamo" Mərkəzi Stadionunda keçiriləcək oyunu boykot etməyi qərara alıblar. Onlar FAN ID-nin tətbiq edildiyi digər turnirləri də boykot edəcəklərini bəyan ediblər.

0.13859701156616