Dövlət Təhlükəsizliyi Xidməti Dövlət Gömrük Komitəsində əməliyyat keçirib - Direktor müavini saxlanıb

 

Gömrük Komitəsinin "Azərterminalkompleks” Birliyinin direktor müavini Hüseyn Məsumov Möhsün oğlu saxlanılıb. Bu barədə  Gununsesi.info məlumat yayıb.

Məlumata görə, Hüseyn Məsumov Dövlət Gömrük Komitəsində keçirilən antikorrupsiya əməliyyatı ilə saxlanılıb.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsində (DGK) əməliyyat keçirməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Qurumun İctimai Əlaqələr Mərkəzindən Oxu.Az-a bildirilib ki, qurum tərəfindən heç bir antikorrupsiya əməliyyatı keçirilməyib. Komitədən deyilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

0.43136191368103