"Beşiktaş"ın sabiq baş məşqçisi Qurban Qurbanovla görüşüb

 

Bakıda səfərdə olan türkiyəli mütəxəssis Önder Karaveli klubumuzu və akademiyamızı ziyarət edib.

"Demokratikmusavat.com"  klubun rəsmi saytına istinadən xəbər verir ki, klubun bazasına gələn mütəxəssis komandanın baş məşqçisi Qurban Qurbanov ilə görüşüb və ona növbəti oyunlarda uğurlar arzu edib.

Qurban Qurbanov ziyarətə görə Önder Karaveliyə təşəkkür edib.

Qeyd edək ki, bir zamanlar akademiyamızda koordinator işləmiş mütəxəssis hazırda Türkiyənin “Beşiktaş” klubunda futbol inkişaf direktoru (Futbol gelişim direktörü) olaraq çalışır.

0.14203190803528