Bərdədə yanan lombarddan oğurluq edilib

 

Bərdə şəhəri ərazisindəki beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən lombard mağazasında baş verən yanğından sonra oğurluq edilməsi ilə bağlı polisə müraciət olunub.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Demokratikmusavat.com a bildirib ki, həmin obyektin direktoru V.Ağayev yanğından sonra oradan pulunun oğurlanması barədə Bərdə Rayon Polis Şöbəsinə müraciət edib. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0.54113602638245