Buzlaqlar üçün qorxulu hesabat: Artıq gecdir

 

Buzluqları araşdıran elm adamlar ilk dəfə son 150 ildə orta hesabla 1,1 dərəcəlik qlobal istiləşmədən dolayı Qrenlandiyanın buz təbəqəsindən minimal nə qədər buz itkisinin baş verəcəyini və bunun dəniz səviyyəsinə təsirini müəyyən ediblər.

"Demokratikmusavat.com" “Star”qəzetinə istinadla xəbər verir ki, Danimarka və Qrenlandiya Geoloji Xidmətinin (GEUS) alimlərinin fikrincə, Qrenlandiyanın buz təbəqəsi "qaçılmaz" olaraq hazırkı həcminin 3,3 %-ni və ya 110 katrilyon ton buzunu itirəcək.

Bildirilib ki, əgər indi dünya mədən yanacaqlarını yandırmağı dayandırsa belə, onların atmosferdə yaratdığı istilik artımı Qrenlandiyanın buzlarının əriməsini qaçılmaz edəcək. Beləliklə dəniz səviyyəsi ən azı 27 sm yüksələcək.

Billurə

 

0.15630197525024