Bu ölkədə etirazlar 13 ölümlə nəticələndi, dini lider aclıq aksiyasına başladı - FOTO

 

Şiə siyasi və dini lideri Müqtəda əs-Sədrin siyasətdən getməsi qərarından sonra İraqda gərginlik davam edir. 

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Sədr tərəfdarlarının hökumət sarayına basqın etməsi, hovuza girməsi və küçələrdə insidentlərin artması səbəbindən ölkə daxilində komendant saatı elan edilib. 

Silahlı qarşıdurmalarda indiyədək 13 nəfər ölüb, 350-dən çox insan yaralanıb. Sədr isə silahlı toqquşmalar dayanana qədər aclıq aksiyası keçirmək qərarına gəlib.

Qeyd edək ki, İraqda şiə siyasi və dini lideri Müqtəda əs-Sədrin tərəfdarlarının təxminən bir aya yaxındır ki, ədliyyə binası qarşısındakı oturaq aksiyaları ölkədə yeni böhranı alovlandıraraq, Sədrlə məhkəmə sistemini üz-üzə qoyub.

Bağdadda Ali Məhkəmə Şurasının binası qarşısında oturaq aksiyaya başlayanlar Ali Məhkəmə Şurasının sədri Faiq Zeydanın istefasını tələb ediblər. 

Billurə

 

0.1459949016571