“Nokia” Rusiyanı tamamilə tərk edəcək

 

Finlandiyanın “Nokia” şirkəti Rusiyada fəaliyyətini tamamilə dayandıracaq.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Reuters” şirkətin nümayəndəsi məlumat yayıb.

“İlin sonuna qədər Rusiyadakı əməkdaşlarımızın böyük əksəriyyəti “Nokia”dan ayrılacaq və bütün ofislərimizi boşaldacağıq”, - mənbə bildirib.

O əlavə edib ki, “Nokia”nın Rusiyadakı mövcudluğu şirkət rəsmi şəkildə ləğv olunana qədər davam edəcək.

Bundan başqa, agentliyin məlumatına əsasən, İsveçin “Ericsson” şirkəti də yaxın aylarda Rusiyadakı fəaliyyətini məhdudlaşdıracaq.

0.13406801223755