Babək Azad:"Bir xalqın bir neçə mənəvi atası ola bilər"

 

Dostlarımdan biri məndən soruşdu ki, sizin Əliyevlər ailəsinə verdiyiniz tərif Əbülfəz Elçibəydən üz döndərdiyiniz anlamına gəlirmi? Dostlar, insanın yalnız bir bioloji valideyni ola bilər, eyni zamanda bir insanın bir neçə mənəvi valideyni ola bilər. Bu ifadədən belə nəticəyə gəlirəm ki, bir xalqın bir neçə mənəvi atası ola bilər. Əbülfəz Elçibəy, Heydər Əliyev, Məmmədəmin Rəsulzadə, Cəfər Pişəvəri Azərbaycan xalqının mənəvi ataları sayılırlar. Bunları bir-biri ilə qarşı-qarşıya qoyub və hansısa birinin imicini xarablamaq ancaq düşmənin işi ola bilər. Ə.Elçibəy bütövlüklə Azərbaycan xalqının, istər Güney, istərsə də Quzey Azərbaycanda milli oyanış lideri olub. Bu mənada ki çox geniş formada millətçi və türkçülük ideologiyasını Azərbaycan xalqı içində yayıb. Amma Heydər Əliyev Quzey Azərbaycanın ən ağır dövründə, dövlətçiliyin təhlükə altında olduğu bir zamanda hakimiyyətə gəlib, ölkədə dövlətçilik strukturunu qoruyub saxlayıb. Bundan böyük iş nə ola bilər?
Dostlar, məndə belə bir iddia yoxdur ki, mən hər şeyi bilirəm, amma məndə əxlaq baxımından bu şücaət var ki, səhvimi etiraf edəm. O adamlar ki, gəlib mənim fikrimə görə təhqiredici şərhlər yazırlar və ya mövzu ilə heç bir əlaqəsi olmayan detallara işarə edirlər, bu növ davranış fikir alış-verişin qeyri mümkün edir. İnkişaf tapmış ölkələrin əgər tərəqqi prosesinə baxsaq, bir sözlə də demək olar ki, düzgün informasiya bütün sahələrdə bu ölkələrin tərəqqisində əsas səbəb sayılır.
Düzgün informasiya necə yaranır?
Hər nədən öncə bir fikir yanlış və ya düz ortaya qoyulur, onun üzərində fikir mübadiləsi edilir və bunun nəticəsində informasiya islah olunur, düzgün mənada artır və toplumda tərəqqiyə səbəb olur. Əlbəttə, bu növ davranış da müəyyən səviyyədə mədəniyyət tələb edir.

0.14430785179138