Səadət Şıxıyeva:"Google-tərcümə və Wikipedianın yarıtmaz durumu..."

 

Google-tərcümə və Wikipedianın yarıtmaz durumu elm və təhsil sahəsinə də mənfi təsir edir.

Elmin kütləviləşməsi və təhsillə əlaqəsindən bəhs ediriksə, bu önəmli istiqamətlərdən biridirsə, Google-tərcümənin keyfiyyəti təmin olunmalı və Wikipedia materiallarını işləyən qrup yaradılmalıdır. Bu barədə öncəki statusumun şərhlərində Ataqam adlı fb dostumuzun gözəl təklifləri var: "Keyfiyyəti artırmaqdan ötrü başqa ölkələr daimi maaşlı əlli nəfərlik korrektor və redaktor heyəti seçir, onlar da movcud məqalələri təftiş edir, yanlışlıqları məqalə müəllifi ilə birlikdə düzəldir. Bu işə ildə uzaqbaşı 600 min manat gedər. Hökumət üçün cüzi məbləğdir. “DeepL Translate” onlayn tərcümə proqramı var (deepl.com) - tərcümə keyfiyyəti çox yüksəkdir, heyif ki, hazırda yalnız roman və german dillərindən qarşılıqlı tərcümə edir. “DeepL”in ən gözəl xüsusiyyəti odur ki, bütöv kitabı birdəfəyə çevirir.
Proqramın kollektivinə yazıb, Azərbaycan və türk dillərinə tərcümə imkanının nə vaxt yaranacağını soruşmuşam, deyiblər ki, hökumətləriniz, özəl şirkətləriniz pul ayırsın, edək".
Göründüyü kimi, bu kimi işlər həvəskar və kortəbii şəkildə edilə bilməz. Bu, dövlət səviyyəsində həll olunmalı bir məsələdir. Eləcə də imla yoxlayıcısı proqramlarına da, ingilis və rus dillərində olduğu kimi, qrammatik və üslubi xətaları qeyd edən proqram əlavə olunmalıdır. Yoxsa ki, zəncirvari savadsızlığın qarşısını almaq mümkün deyil... Bu, bir-iki kosmetik hərf xətasının düzəlməsi ilə aradan qalxacaq problem deyil...

0.12720108032227