Yuxa sözünə türklər niyə yufka deyir? 

 

Həsən Əliyev:
Yuxa - Qədim Oğuzların un məmulatından hazırladıqları çörək növlərindən biridir. Bəzi bölgələrdə “yayma”, “lavaş” kimi də işlənilir. Türklər isə çörəyin bu növünə “yufka” deyirlər. Sözün başa düşülməsi (semantikası) ilə yanaşı sözün ilkin yaranışı dilçilik elminin etimologiya sahəsinə aiddir. Əslində etimologiya dil tarixini tədqiq edir, sözün yaranma elementlərini incələyir və semantikanı əsaslandırır. Sözün tərkibindəki səslərin vasitəsi ilə açılmayan sözlər ya təsvir, yaxud da təhrif hesab edilir. Bəzən sözlərin sinonimi də təsvirlə yaranır. Məsələn:”yuxa” – “yayma”.

Əvvəlcə “yuxa” sözünü tədqiq edək. Sözü praktik cəhətdən izah etsək, bu nəsnənin “oxlov” vasitəsi ilə hazırlanması aydın olur. ”Oxlov” sözünün özü Qədim Oğuzların inanc hesab etdiyi “ox” sözündəndir. ”Oxlov”un özünün “ox”a bənzəməsi göz qarşısındadır. ”Yuxa” sözündə min illərin təsiri nəticəsində fonetik hadisələr baş vermişdir. Əgər söz inancın adından yaranmışdırsa, deməli söz teofordur. Yəni “yuxa” sözünün 1-ci hecası “ka-qa” məfhumunundan yaranmadır: ”qa-ya” mümkün qohum samit dəyişikliyi. 2-ci heca “xa”, “qa” sözündəndir. Əgər desək ki, bu sözün əsl kökü ən qədim türk sözü olan “kökə” sözündəndir yəqin ki yanılmarıq.

Ən qədim insanların primitiv üsulla yaratdığı: bəbə, dədə, nənə, cici, bibi və s. kimi miras sözlərimizə bənzəyir. ”Loxma” sözü də “yuxanın bir udumu” mənasını bildirir. Yumru şəkildə olan çörəyə “könbə, kömbə çörək” deyilir. Sözün 1-ci hecası “kön”, “gün” sözündəndir. Yəni günəşə bənzəyişinə görə adlanmışdır. 2-ci heca “ba” da tanrısal sözdür. Eyni zamanda “yuxa” sözü ilə “kökə” sözünün semantikası biri-birindən kənara çıxmır. ”Yayma” sözü də “yuxa”nın praktik dilçilik baxımından sinonimidir. ”Lavaş” sözü daha çox işləkdir. ”Lavaş” sözü bir çox xarici dillərdə sözün məxsus olduğu türk dilində olduğu kimi adlanır. Xarici dillərdən bizim dilə keçən sözlər kimi. ”Lavaş” sözünün kökü sanki bir çox xarici dildə olan “lava” sözünə bənzəyir. Elə türk dilində də həmin məna eynidir. Ancaq türk dilində “lava” sözünün daha bir mənası “bir uduma udulan” kimi mənası da vardır. Yəqin ki “yumşaq yuxa” da bu semantikadandır.

Türk dilində “yuxa” sözünə “yufka” deyilməsinin səbəbi türk dilində “x” səsinin olmamasıdır. Bu səbəbdən də ərəb və digər dillərdə “x” tərkibli sözlər türk dilində “x” səsinin qohum samitlərlə əvəzlənməsi ilə tələffüz olunur. Məsələn: yuxu-yuhu, yaxa-yaka, xəbər-haber və s.

Eyni zamanda 2016-cı ildə “Lavaş” YUNESKO-nun qeyri maddi mədəni irs siyasına daxil edilmişdir. Bu bizim xalğın ən qədim xalq-prototürkçülüyün əyani sübutudur. Bu bizim qədim ənənəmizin dəyişməz formada qalan təzahürüdür.

P.S.”Yuxa” sözü bizim üçün nə qədər anlaşılıqlı olsa da, sözün dilçilik baxımından izahı bu çörək bişirmə sənətinin Qədim Oğuzlara mənsub olmasını təsdiqləyir. Məhz bu sənətin qədimliliyinin bizə məxsus olması səbəbindən YUNESKO öz irsinə bizi qəbul etmişdir. Mənfur qonşularımız “yuxa” sözünü deyil, onun sinonimi “lavaş”ı bir növ beynəlmiləlləşməsindən istifadə edərək bu qədim çörəkçilik sənətini öz adlarına çıxarmağa çalışırlar. Halbuki heç “lavaş” sözünün də etimoloji mənası erməni dilində açmaq mümkün deyildir. Heç “lavaş” sözünün ermənicə uyğun gələn sinonimi yoxdur.
Yuxa bişirilən sacın küllənməsi, xəmirin acıması, ocağın ətri,közün rəngi, onun hərarəti, oxlovdan məharətlə istifadə, yuxanın ətri , dadı.  Ocaq kənarında oturub hərdən bir “ocaq altı qalayan” kimi kösövləri içəri etmək. Hərdən də ocaqdan maşa ilə samovara köz salmaq insanı qeyri-iradi olaraq milyon illər əvvələ aparır.Keçmişimizin bundan gözəl təsviri nə ola bilər ki?...

Demokratikmusavat.com

0.15329480171204