Yaponiya ABŞ-la birgə təlimlərə başlayıb

 

Yaponiyanın cənub-qərbində yerləşən Kumamoto prefekturasında ABŞ Hərbi Hava Qüvvələri ilə birgə atəş təlimləri başlayıb.

İki mindən çox insanın iştirak etdiyi təlimlər çərçivəsində “Javelin” tank əleyhinə raket komplekslərinin köməyi ilə hədəflərin vurulması aparılır. 

Qeyd olunur ki, bu komplekslərdən ABŞ Hərbi Hava Qüvvələrinin Yaponiyadakı təlimləri zamanı ilk dəfə istifadə olunur.

Manevrlər sentyabrın 3-dək davam edəcək.

0.14452815055847