Aİ Rusiya ilə bu sazişi dayandırmağı planlaşdırır

 

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri tezliklə Rusiya ilə mövcud olan viza sazişini dayandıra bilərlər.

“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Söhbət 2007-ci ildə Rusiya ilə Aİ arasında bağlanmış sazişin qvvədən düşməsindən gedir. Sazişin fəaliyyəti avqustun 30-da, Praqada nazirlərin iki günlük görüşü zamanı dayandırılacaq.

Əgər razılaşma pozularsa, viza almağa çalışan ruslar daha çox sənəd təqdim etməli olacaqlar. Bundan əlavə, viza almaq daha bahalı olacaq və vizanın cavabını gözləmə müddəti daha uzun sürəcək.(Report)

0.15153098106384