Paralel.az " xəbər verir ki, bu barədə “Avro ..."> Paralel.az " xəbər verir ki, bu barədə “Avro ...">

Əlcəzair Fransaya qaz tədarükünü artırır

 

Əlcəzair Fransaya qaz tədarükünü 50% artırmaq niyyətindədir.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Avropa 1” radiosu məlumat yayıb.

Radionun məlumatına görə, hazırda şifahi danışıqlar gedir. Amma Fransanın “Engie” enerji şirkəti ilə Əlcəzair arasında tezliklə danışıqlar baş tutacaq və razılaşma imzalanacaq.

Qeyd olunub ki, Fransa Əlcəzair qazından elə də asılı deyil, amma tədarükün 50 faiz artırılması Rusiyadan qaz nəqlinin dayandırılmasını kompensasiya etməyə kömək edəcək.

0.38870906829834