Sanksiyalar avropalılar üçün ciddi problem olacaq - Borrell

 

Avropa diplomatiyasının rəhbəri Jozep Borrell yaxın gələcəkdə anti-Rusiya sanksiyaları səbəbindən Avropa İttifaqı üçün ciddi problemlər olacağını proqnozlaşdırıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Borrell “Kronen Zeitung” qəzetinə danışıb.

Nəşrin məlumatına görə, Avstriyanın bəzi vətəndaşları anti-Rusiya sanksiyalarına şübhə ilə yanaşır.

“Biz Rusiyanın iqtisadi imkanlarını məhdudlaşdırırıq. Nə qədər ki, Rusiya iqtisadiyyatı neft və qazdan asılıdır, bizim texnologiyaya ehtiyacı olacaq. Rusiya çətin vəziyyətə düşüb. Və təbii ki, biz qısa müddətdə ciddi problemlərlə üzləşəcəyik. Qazın qiymətinin qalxdığını danmaq olmaz. Lakin biz azadlığın bədəlini ödəməyə hazır olmalıyıq”, - Borrell bildirib.

Borrell daha əvvəl demişdi ki, Ukraynadakı vəziyyətə görə qarşıdakı aylar Aİ üçün çətin olacaq. Onun sözlərinə görə, Aİ “qiymət bahalaşsa belə, öhdəliklərini azalda və ya qətiyyətini zəiflədə bilməz”.

0.38352417945862