Məktəbdə direktor aparıcı simadır 

 

Dos.İlham Əhmədov

Böyük Azərbaycan maarifçisi, akademik Mehdi Mehdizadə "Azərbaycan xalq maarifininsürətli inkişafıəsərində yazırdı: "Məktəb direktoru - bu məsul vəzifə bir çox ixtisası özündə birləşdirir. O, müəllimi, metodisti, dövlət inspektorunu, təsərrüfatçını, tədris prosesi təşkilatçısını, yaşlı uşaqkollektivləri tərbiyəçisini bir şəxsdə birləşdirməlidir.

Bəli. Məktəbdə  təlim-tərbiyə prosesi məktəbdirektorunun şəxsiyyətindən, pedaqoji təcrübəsindən,  peşəkarlığından, savadından dürüstlüyündən çoxasılıdır. Bu səbəbdən  məktəb direktoru məhzpedaqoq olmalıdır. Müvafiq olaraq məktəbdirektorunun aldığı məvacib daşıdığı məsuliyyətə zəhmətinə uyğun olmalıdır.

Bu yaxınlarda  Azərbaycan RespublikasınınNazirlər KabinetininDövlət ümumi təhsilmüəssisələrinin direktor direktor müavinlərinin(təhsilalanların sayına görə) həmin müəssisələrin(ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digərdövlət təhsil müəssisələrinin) təhsilverənlərinin(sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifəmaaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqındaQərarına əsasən 865 nəfər məktəb direktorunun, 2343 nəfər direktor müavininin vəzifə maaşına əlavələrveriləcək.

Yeni təlimata əsasən məktəb direktorlarınınmaaşına əlavə, şagirdlərin sayı ilə müəyyən edilir, bunun tədrisin keyfiyyətinə heç bir təsiri olmayacaq. Bu məktəb direktorlarının öz vəzifəsinin keyfiyyətliicra etməsinə stimul yaratmayacaq.  Qərara görə 2500 nəfərədn çox şagirdin oxuduğu məktəbin direktorununmaaşına 1500 manat əlavə ediləcəkdir. Bu meyar hesabedirik ki, çox da uğurlu meyar deyil.

Məktəb direktorlarının maaşına əlavə, məktəbdətəhsilin keyfiyyəti ilə yox, şagirdlərin kəmiyyəti iləmüəyyən edilirsə, bunun tədrisin keyfiyyətinə heç birtəsiri olmayacaq. Bu məqsədlə keyfiyyətə bağlımeyarlar seçilməli idi.  Digər tərəfdən bizim reallıqdadirektor   təyinatı qabiliyyətiə görə yox, çox vaxt dost, tanış, qohum, yerli v.s. amillərə görə aparılır.

TƏKLİF EDİRİK Kİ, ÖLKƏDƏKİ MƏKTƏBLƏRİN REYTİNQLƏRİ MÜƏYYƏN EDİLSİN  VƏ MƏKTƏB DİREKTORLARININ MAAŞI BU ƏSASDA TƏYİN EDİLSİN.

Təklif edirik ki, yeni yaradılacaq məktəb Reytinqsisteminin əsas tələblərindən biri məktəbdə dərsədavamiyyət olsun. Yəni,  bütün şagirdləri (1-11-ci sinif) həftədə 5 gün, gündə 6 saat məktəbdə dərsdəolmalıdırlar. Bu məktəbin daxili intizam qaydasıdır. Bizdə hələlik distant orta təhsil yoxdur.

Şagirdləri məktəbə yığa bilməyən direktor necəyaxşı direktor hesab edilə bilər? Niyə ona maaş, hələüstəlik maaşa  əlavə verilsin? Əgər məktəbin yuxarısiniflərində kütləvi surətdə  dərslərdən yayınma hallarıvarsa (hər halda son 25 il belə olub),  deməli buməktəbdə yuxarı siniflərdə  dərslər keçirilməyəcək, amma jurnallar yazılacaq, maaş da kimlərinsə cibinəgedəcək ?!

Repetitorluq artıq  xərçəng kimi bütün  təhsilsisteminə metaztaz verib. Məktəb direktoru, yaməmurlar buna göz yumursa, deməli öz işininöhdəsindən gələ bilmirlər.

Bəli, təhsili düzəltmək istəyiriksə, ilk növbədəməktəb öz vəzifəsini tam icra etməlidir. Yoxsavurhavurla savadlı müəllimləri imtahan edək, məktəbəyığaq, amma uşaqlar məktəbə gəlməsin. Onda bu seçimin təhsilə, onun keyfiyyətinə faydası oldu?Onda MİQ, DQ, DİQ, SERTF. nəyə lazımdır?  Saxtadiplomlu müəllimləri  sertifikasiya yolu ilə ifşaetməkdənsə, əvvəlcə saxta təhsil prosesini”  ifşaedək.  

Ölkədə təhsilin, tərbiyənin vəziyyətinindüzəldilməsi ilk addım kimi  məhz bundanbaşlamalıyıq. Vəziyyəti düzəltmək istəyiriksə, məktəbiməktəb halına gətirməliyik. Dövlətin rəsmi məktəbini, uşaqların təhsil hüququnu, rəsmi  təhsili kölgədəsaxlayıb, kölgə təhsili yaratmaq, bu  yolla biznesqurmaqla, kimlərinsə külli miqdarda pul qazanması  eyni zamanda təhsili inkişaf etdirmək mümkün deyil.

Ölkədə 30 ildir repetitorluq baş alıb gedir, artıq bugün  70 % məzun qəbul  imtahanlarında 150 balldan aztoplayır,  nəticə isə ilbəil enir.   4 ildən sonrauniversitetlərə 75 min qəbul planı olacaq, deməli onda50 ball kifayət edəcək tələbə olmağa?

Onda bəlkə universitetlərə qəbul imtahansız olsun?  Xalq da 50- 100  balldan ötəri bu çətin iqtisadivəziyyətdə repetirorlara pul səpələməsin  illərlə.  

Vətəndaş vergi verir ki, övladı pulsuz təhsil alsın, bəs onda niyə valideyn ildə 5 min manat  hər övladınagörə repetitorlara  pul verməlidir?

Əgər reytinqlənmə sistemi yaradılarsa düzgüntətbiq edilərsə, təhsildə az vaxtda çox şey dəyişə bilər. Bu zəncirvari prosesdir, onun bütün həlqələri möhkəmolmalıdır. Nazirliyin funksiyası isə bu  prosesi normal təmin etmək  olmalıdır. Mərkəzdə regionlarda 1000 nəfərdən çox təhsil məmuru, 160  minə yaxın təhsilişçisi var, təbii ki, lazım olsa 4500 məktəbreytinqləmə işini qurmaq olar. Növbəti mərhələdə buişi avtomatlaşdırmaq da mümkündür.

Nazir tez tez çıxışlarında deyir ki, problemləriqaldırın, təkliflər verin. Biz problem qaldırdıq, təklifverdik.  Əgər  ETN məktəblərin belə bir reytinqsistemini hazırlamaq istəsə, onlara məsləhət verməyə hazırıq.

Demokratikmusavat.com

 

0.41732096672058