Çin ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

 

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki döyüş gəmisinin Tayvan boğazındakı beynəlxalq sulardan keçməsi fonunda Çin Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə "Reuters" ABŞ Hərbi Departamentinə istinadən xəbər verir.

ABŞ Hərbi Dəniz Qüvvələri esmineslərin Tayvan boğazından keçməsi ilə bağlı məlumatı təsdiqləyib. ABŞ-ın iştirak etdiyi bu cür əməliyyatlar 8 saatdan 12 saata qədər davam edir.

Hərbi Dəniz Qüvvələri bildirib ki, əməliyyat ABŞ-ın azad və açıq Hind-Sakit okeana sadiqliyini nümayiş etdirir.(Report)

0.44459795951843