Mario Balotelli yeni qalmaqalla gündəmə gəlib

 

Hazırda "Adana Demirspor"da çıxış edən İtaliya yığmasının sabiq futbolçusu Mario Balotelli yeni qalmaqalla gündəmə gəlib.

"Demokratikmusavat.com" xəbər verir ki, Superliqada IV turun "Umraniyespor"la ev oyunundan sonra 32 yaşlı hücumçu öz komandasının baş məşqçisi Vinçentso Montellanın qəzəbinə tuş gəlib.

Final fitinin ardından əsəbi formada meydana daxil olan Montella Balotellinin üzərinə yeriyib. Təcrübəli forvardla baş məşqçini araya girən rəsmi şəxslər və digər oyunçular sakitləşdiriblər.

Mətbuat konfransında isə Montella bildirib ki, Balotelli gözlənilən oyunu sərgiləməyib: "Matçın sonlarında belə gərginliklər ola bilər. Başqa bir şərh əlavə etməyəcəyəm".

Qeyd edək ki, 1:0 hesabı ilə qalib gələn "Adana Demirspor" xalını 9-a çatdıraraq, 2-ci pilləyə yüksəlib. "Umraniyespor" isə 1 xalla 16-cıdır.

0.46696305274963