Rusiya könüllü batalyonları bu istiqamətlərə göndərir

 

Rusiyanın 3-cü ordu korpusuna daxil olan könüllü batalyonlar, hücumları bərpa etmək üçün Donetsk və cənub istiqamətinə köçürüləcək.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Batalyonlar iki əsas qrupa ayrılıblar. Söhbət Marinka, Peski və Avdeyevka rayonlarında rusların irəliləyişinin dayandığı Donetsk istiqamətindən gedir. Digər hissəsi, ola bilsin cənuba - Xerson istiqamətinə gedəcək. Amma 3-cü Ordu Korpusunun batalyonlarının effektiv döyüş gücü yaratmaq ehtimalı azdır. Heyət yaxşı öyrədilməmiş və ya nizam-intizamlı deyilsə, güclü silah belə effekt verməyəcək. Rusiyada təcrübəli komandirlərin olmaması səbəbindən bu qədər sayda könüllünün effektivliyi də azalacaq”, - məlumatda qeyd olunub.(Axar.az)

0.39104294776917