Almaniya hökuməti "Qazprom Germania"nın milliləşdirilməsi üçün hərəkətə keçdi

 

Almaniya hakimiyyəti “Qazprom”un Almaniyadakı keçmiş törəmə müəssisəsi – SEFE şirkətinin mümkün milliləşdirilməsini həyata keçirmək üçün şirkət yaradıb.

“Report” xəbər verir ki, bu barədə “Welt am Sonntag” qəzeti mənbələrə istinadən yazır.

Qeyd olunub ki, belə bir holdinq gizli şəkildə yaradılıb ki, şirkətin qısa müddətdə milliləşdirməsi aparıla bilinsin. Bildirilib ki, “Qazprom”un keçmiş törəmə şirkəti Almaniyanın Federal Şəbəkə Agentliyinin himayəsindədir.

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi də şirkətin yaradılmasından xəbərdardır: “Bu, 2022-ci ilin may ayında yalnız hər hansı restrukturizasiya tədbirləri üçün ehtiyat tədbiri kimi hazırlanmışdır”.

0.13343214988708