Consondan CİDDİ MESAJ: "Bu dəlilik olardı, amansız qol güləşində..."

 

"Rusiya-Ukrayna müharibəsinin növbəti bir neçə ayı çətin olacaq, lakin Ukrayna mütləq dayanacaq və qalib gələcək".

Demokratikmusavat.com xəbər verir ki, Böyük Britaniyanın baş naziri Boris Conson bu barədə "The Mail" üçün köşə yazısında qeyd edib.

O, vətəndaşlara xəbərdarlıq edib ki, bu il enerji xərcləri yüksək olacaq, lakin Putin bunun günahkarıdır, çünki Ukraynaya qarşı vəhşi müharibəyə məhz o başlayıb.

"Növbəti aylar çətin, çox çətin olacaq. O, (Putin - red) hesab edir ki, yumşaq avropalı siyasətçilərin mübarizə aparmağa cəsarəti çatmayacaq. Bu qış biz sanksiyaları qaldıracağıq və Rusiya nefti və qazı üçün yalvarmağa başlayacağıq. O, inanır ki, biz Ukraynanı dəstəkləməkdən yorulacağıq və ukraynalıları Kreml tiranı ilə müqavilə imzalamağa yumşaq bir şəkildə sövq etməyə başlayacağıq. Bu dəlilik olardı. Bu amansız qol güləşində Ukrayna xalqı qalib gələcək. İngiltərə kimi", - Conson deyib.

0.14467120170593