Paşinyana qarşı aksiyalar başlayacaq

 

Ermənistanda yenidən Baş nazir Nikol Paşinyana və onun hakimiyyət komandasına qarşı etiraz aksiyalarına start veriləcək.

Bu barədə “Demokratikmusavat.com ” Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, “Müqavimət” hərəkatı sentyabın 2-də İrəvanda mitinq keçirəcək. Etiraz aksiyası yerli vaxtla saat 19:30-da “Fransa” meydanında təşkil olunacaq.

Qeyd edək ki, hərəkatın əvvəlki aksiyaları zamanı 2 500 nəfərə yaxın müxalifətçi polis bölmələrinə aparılaraq günlərlə orada saxlanılıb. Aksiyaçılardan bəziləri polis bölmələrində fiziki təzyiqlərə və təhqirlərə məruz qalıblar.

0.45313310623169