ABŞ milyarderləri bu səbəbdən birdən-birə 78 milyard itirdi

 

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell Fed-in Vayominq ştatının Cekson Houl şəhərində keçirilən illik siyasət forumunda səkkiz dəqiqəlik çıxış edib.

Demokratikmusavat.com xəbər verir ki, Pauell çıxışında FED-in inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrini artırmağa davam edəcəyini açıq şəkildə ifadə edib.

Bu çıxış “Uoll Stri”tin (birja) FED-in tezliklə yüksək faiz dərəcələrini azalda biləcəyinə dair ümidlərini alt-üst edib.

Nəticədə, ABŞ bazarında səhmlər ucuzlaşıb və hər üç əsas indeks - Dow Jones, S&P və Nasdaq həftə sonun böyük itkilərlə başa vurub. Pauellin cəmi səkkiz dəqiqəlik çıxışı ABŞ milyarderlərinin sərvətinin 78 milyard dollar azalmasına gətirib çıxarıb.

Dünyanın ən varlı adamı və “Tesla”nın baş direktoru İlon Maskın sərvəti 5,5 milyard dollar azalıb. Qeyd edək ki, 27 avqust 2022-ci il tarixinə qədər onun ümumi sərvəti 254 milyard dollar idi.

Bloomberg-in məlumatına görə, ikinci ən zəngin milyarder Ceff Bezos 6,8 milyard dollar itirib.

Bill Qeyts və Uorren Baffetin gəlirləri müvafiq olaraq 2,2 milyard və 2,7 milyard dollar azalıb, Sergey Brinin varidatı isə100 milyard dollardan aşağı düşüb.(Musavat.com)

0.15099477767944