Oğurladığı avtomobillə metroya daxil oldu: Pilləkəndə ilişdi -FOTO/VİDEO

 

İspaniyanın paytaxtı Madriddə bir nəfər oğurladığı avtomobillə “Plaza Eliptica” metrostansiyasına daxil olub.

Avtomobillə stansiyanın pilləkənlərini qalxmağa çalışan şəxs orada ilişib qalıb. Avtomobilin çıxarılması üçün saatlarla iş aparılıb. Nəticədə içəridə qalan şəxs xilas edilib və xəstəxanaya aparılıb.

Hadisə zamanı ölən və yaralananlar olmayıb. Testlər nəticəsində oğrunun narkotikdən istifadə etdiyi müəyyən edilib. O, təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.İspaniya mətbuatında çıxan xəbərlərdə bildirilib ki, həmin şəxs avtomobili başqa bir metrostansiyanın dayanacağında tapıb və açarları üzərində olduğu üçün oğurlayıb.

0.17105293273926