Oxuyur Məhəbbət Kazımov - Bu dəfə Laçında+Video

 

Xəbər verdiyimiz kimi, bu gün, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.

Demokratikmusavat.com ” xəbər verir ki, artıq sosial şəbəkələrdə Laçın şəhərindən yeni görüntülər paylaşılır. Həmin görüntülərin birində mərhum Əməkdar artist Məhəbbət Kazımovun məşhur “Laçınım” mahnısı səslənir. 

Qeyd edək ki, Məhəbbət Kazımov 1953-cü ildə Laçın rayonunun Çorman kəndində anadan olub. Ömrünün 22 ilini Laçın həsrəti ilə yaşayan sənətçi “Laçınım” mahnısı ilə tanınıb.

1998-ci ildə yazılan mahnının sözləri Osman Alovluya, musiqisi və ifası Məhəbbət Kazımova məxsusdur. Müğənninin ən böyük arzusu Laçına qayıtmaq və bu mahnını doğma yurdunda ifa etmək olub. Lakin Məhəbbət Kazımov 2014-cü il yanvarın 27-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Onu da bildirək ki, M.Kazımov şənliklərdə “Laçınım” mahnısının sədaları altında rəqs etməyi qadağan etmişdi.

0.124596118927