"Olimpiakos" İngiltərə klubunun futbolçusunu icarəyə götürüb

 

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubu yeni transfer edib.

Demokratikmusavat.com xəbər verir ki, "Olimpiakos" cənubi koreyalı Hvanq Ui-conu İngiltərə Premyer Liqa klubu "Notinqem Forest"dən icarəyə götürüb.

Qeyd edək ki, 29 yaşlı hücumçu 45 dəfə öz ölkəsinin millisinə çağırılıb və 15 qol vurub. O, İngiltərə klubuna da məhz bu gün Fransanın "Bordo" klubundan transfer olunmuşdu.

0.13784694671631