Şahzadənin qohumu oteldə ölü tapıldı

 

Şahzadə Çarlzın həyat yoldaşı Kornuol hersoginyası Kamillanın əmisi oğlu Çarlz Vilyesin İngiltərədə otel otağında ölü tapılıb.

"Demokratikmusavat.com" xarici mediaya istinadən xəbər verir ki, mübahisəli boşanma yolu ilə keçən və bir müddət əvvəl müflisləşən 59 yaşlı Villiersin intihar etdiyi iddia edilir.

Çarlz Villiers və onun 62 yaşlı həyat yoldaşı Emma Villiers 2012-ci ildə ayrılmaq qərarına gəliblər və 2014-cü ildə boşanmaq üçün məhkəməyə müraciət ediblər.

İngiltərədə ən uzun sürən boşanma davalarından biri olan məhkəmə prosesində cütlük son 8 ildə 5 fərqli məhkəmədə hakim qarşısına çıxıb. 

 

0.14213585853577