DÖVLƏT MÜƏSSİSƏSİNİ ÖZ ŞƏXSİ OBYEKTİ KİMİ İDARƏ EDİR… – İcra başçısı və prokuror isə ona təzim edir

 

Beyləqan Mərkəzi Xəstəxanasında misli görünməmiş özbaşınalıq…

Xatırladaq ki, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Nurəngiz Bəşirovanın qanunsuz əməlləri barədə son tənqidi materiallarımız işıqüzü görəndən sonra, direktorun xəstəxanada törətdiyi növbəti özbaşınalıq və qanunazidd hərəkətləri barədə redaksiyamıza daxil olan şikayətlərin sayı çoxalıb və xəstəxanadan informasiya verən mənbələrimiz də xeyli fəallaşıb.

Media orqanı olaraq üzərimizə düşən dövlətə və xalqa xidmət missiyamızı layiqincə yerinə yetirərək, istər redaksiyamıza daxil olan şikayətlər, istərsə öz müşahidələrimiz, istərsə də ictimaiyyət nümayəndələrindən əldə etdiyimiz məlumatları dolğru-dürsüt ictimailəşdirməyə çalışırıq. Redaksiyaya daxil olan şikayət və məlumatlar dərhal araşdırılır, şikayət edən iddiaçının qaldırdığı problem cavabdeh tərəfin mövqeyi öyrənilir və dərc olunur. Şikayətin tərkibində cinayət halları varsa, artıq bu hallara hüquqi qiymət verilmək aidiyyəti üzrə dövlət qurumlarının, hüquq-mühafizə və cinayət təqibi orqanlarının üzərinə düşür.

Bu günlərdə redaksiyamıza Beyləqan Rayon Xəstəxanasında yumşaq və bərk inventarların rəhbərlik tərəfindən “artıq” olduğu iddiası ilə satılması barədə dirktorun tapşırıq verdiyi məlumat daxil olub.

Hətta etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, Nurəngiz Bəşirovanın xəstəxanaya direktor təyin olunduğu ilk vaxtlardan xəstəxanadan ərzaq çıxarıb, evə daşıyan maşın polislər tərəfindən saxlanılıb, lakin direktor tərəfindən törədilən bu cür cinayət faktı polis tərəfindən rəsmi qeydə alınmayıb.

Mənbə həmçinin onu da bildirir ki, xəstəxanaya daxil olarkan diqqəti cəlb edən "təmizlik" və "səliqə-səhman" işləri direktorun daxili idarəetmədə mütəmadi törətdiyi qanunsuz halları pərdələmək və aldadıcı təəssürat yaratmaq üçündür. Palatalara girəndə isə, otaqların təchizat standartından baş çıxan adam, hətta çarpayıların yanında qoyulmalı olan tumboçkaların çatışmadığını da asanlıqla sezə bilir.

Bundan başqa, dövlət tərəfindən xəstəxanaya ayrılan xüsusi növ dərman preparatları var və həmin dərmanlar yalnız qeydiyyatda olan xəstələrə pulsuz verilməlidir. Açıq satışı qadağan olunan həmin dərmanlar xəstəxana tərəfindən xəstələrə nəzərdə tutulan normadan az verilir və o dərmanların Beyləqan apteklərində satılmasını hər kəs açıq-aşkar müşahidə edir. Halbuki həmin dərmanların açıq satışı dövlət tərəfindən qadağan olunub.

Burada təbii sual yaranır ki, Bəs satışı qadağan olunmuş dərmanlar apteklərə necə yol tapır? Ümumiyyətlə, bu tip dərman preparatları rayona hansı yollarla gətirilir və bu dərmanların realizə olunmasına kimlər nəzarət edir? Yağışdan sonra sürətlə yerdən çıxan göbələk kimi, Beyləqanın hər yerində çoxalan apteklərdə baş alıb gedən cinayətlər niyə hüquq-mühafizə orqanlarının diqqətindən yayınır, bilən var, səbəb nədir?!

Yerigəlmişkən, xəbər verdiyimiz kimi, hazırda Beyləqan rayon prokurorluğunda mərkəzi xəstəxanadan yanacaq oğurlayan bir qrup sürücülərin törətdiyi cinayət işinin qüsurlarla zəngin istintaqı gedir...

AR CPM-də əks olunmuş müvafiq maddənin tələbinə görə, mətbuatda dərc olunmuş materialda cinayət əməli şübhəsi yaradan dərc etdiyimiz və sosial şəbəkələrdə paylaşdığımız mareriallar əsasında rayon prokurorluğu araşdırma aparmalıdır. Lakin aparılmır.

Son olaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasının tarixində nəzərdən qaçmayacaq dərəcədə maraqlı olan bir hadisəni xatırlatmaq istəyirik: 37 saylı Tibbi-Sosial Ekspert Komissiyası sədrliyindən xəstəxanaya baş həkim təyinatı alan həkmi Leylan Nəsirova həmin vəzifədə heç bir ay işləməmiş öz ərizəsi ilə işdən azad olunma səbəbləri rayon ictimaiyyətindən niyə gizli saxlanır. Razılaşıq ki, diqqətdən yayınması, əhəmiyyət verilməməsi mümkün olmayan bu fakt cəmiyyətdə müəyyən şübhələrə və şayiələrə yol açdı. Rayonda dolaşan şayiələrdən mümkün ağlabatan isə budur ki, Leyla Nəsirova müəssisədə dərinləşməkdə olan korrupsiya bataqlığının onun özünü də girdaba çəkəcəyindən ehtiyatlanıb Nurəngiz Bəşirovanın korrupsiya əməlinin iştirakçı olmaqdan imtina edərək, baş həkim vəzifəsini tərk etməyə məcbur olmasıdır.

N. Bəşirova haqqında tənqidi yazılarımızın hələ ilk sırasında qeyd etmişdik ki, o, Vətən müharibəsi dövründə cəbhə bölgəsində xidməti iş aparan xüsusi xidmət orqanlarının zabitlərinə qonaqpərvərlik göstərdiyinə görə, onlarla tanışlıq amilindən sui-istifadə edir. Görünən odur ki, N. Bəşirovanın hədsiz dərəcədə özündənrazılığı, dolaşanda “sudan quru çıxmaq” bacarığı, məhz himayədarlarının ona qahmar çıxması ilə əlaqələndirənlər yanılmırlar.

N. Bğşirovaya havadarlıq edənlər, Vətənin şəhidlər verdiyi, qazilərimizin düşmənlə qanlıq döyüşdə yaralandığı, əsgərlərin ölümlə göz-gözə dayandığı, şəhid ailələrinin gözündən yaş axdığı qanlı-qadalı günlərdə Beyləqab MX-in direktorunun evində qonaq qalaraq, komfortlu istirahətlərini təmin edən həmin zabitlərin adlarını öyrənmişik, bilirik.

Qəti qərara gəlmişik ki, həmin zabitlərlə bağlı xidmət apardıqları dövlət orqanın rəhbərliyinə sorğu ünvanlayaq.

Nəticə barədə oxucularımıza məlumat verəcəyik, bizi izləyin.

RealMedia.az

0.25228810310364