Qurban Qurbanov onu gözləyənlərin ürəyini qırmadı, Şahruddin utanaraq gəldi - VİDEO

 

Çempionlar Liqasında mübarizəni dayandıran “Qarabağ” Azərbaycana dönüb.

Demokratikmusavat.com xəbər verir ki, Çexiya səfərində 1:2 hesablı məğlubiyyətə uğarayan “köhlət atlar”ı Bakıda azsaylı fanatlar qarşılayıb.

Qurban Qurbanov onunla şəkil çəkdirmək istəyən sadə insanların xahişini yerə salmayıb.

“Viktoriya” ilə oyunda ciddi səhvlərə yol verən Şahruddin Məhəmmədəliyev media mınsublarının suallarını cavablandırmaq istəməyib.

Qapıçı hava limanına toplaşanların önündən başını aşağı salaraq keçib.

0.13659811019897