"KÜÇƏ QUMARI" məmurlara milyonlar qazandırsa da, dövlətə və xalqa ciddi ziyan vurur...

 

Hazırda hər kəs haqlı olaraq düşünür ki, Azərbaycanda qumar biznesini monopoliyaya alan Zəfər Rəisoğlu ölkənin küçələrində kiçik qumar masası qoyub, xalqı soyması hansı məqsədə xidmət edir?..

Məlumdur ki, “Dəmir Qrup” və “Misli.com” Azərbaycanda küçə qumarının inkişafı ilə məşğul olur.

"Demokratikmusavat.com" “PİA.az”a istinadən  xəbər verir ki, Türkiyədə futbol oyunlarında canlı mərcləri həyata keçirən “Dəmir Qrup” və “Misli.com” qazandığı pulların böyük hissəsini futbola sərmayə olaraq geri verir. Hazırda “Misli.com” Türkiyədə demək olar ki, bütün klublara sponsorluq edir, eyni zamanda Türkiyədə futbolun inkişafında xüsusi rol alır.

Bəs, ölkəmizdə bütün loterya və mərc oyunlarını inhisara alan “Dəmir Qrup” Azərbaycanda nə işlə məşğul olur? “Misli.az”ın bu günə qədər Azərbaycan futbolunun inkişafına sərf etdiyi vəsait nə qədərdir və bu vəsait son bir ildə “Dəmir Qrup”un Azərbaycandan əldə etdiyi gəlilərin neçə faizini tışkil edir?

Bilgimizə əsasən, “misli.az” son zamanlar “Goal+ Summer Festival”ına sponsorluq edir. Daha sonra isə “CBC Sport”da canlı yayımlanan “Barselona – A.Bilbao” matçına sponsorluq edib və mərc operatoru olaraq bu sponsorluqdan qazanc əldə edib. Çünki telekanalda davamlı olaarq “misli.az”ın canlı mərc oyunu reklam olunub. Əgər buna sponsorluq demək mümkünsə… Hər halda bu sponsorluq futbolun inkişafına olmasa da, futbol üzərindən qumarın inkişafına xidmət göstərib.

Avqustun 10-da isə “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafər Rəisoğlu Azərbaycan Peşəkar Futbol Liqası ilə sponsorluq müqaviləsi imzalayıb. Bu müqavilə futbolun inkişafından daha çox, “Misli.az”ın reklamına xidmət edir. Yəni bu müqavilə əslində canlı futbol oyunlarının yayımına yönlədirilib və “Dəmir Qrup” bu müqavilədən daha çox qazanan tərəf olacaq.

Çünki bütün canlı yayımlarda və futbol meydançalarında “misli” mərc operorluğnu reklam edərək, daha böyük kütləyə çatacaq. Amma bu müqavilənin Azərbaycanda futbolun inkişafına nə qədər xeyri olacaq, ümumiyyətlə olacaqmı, bu, məlum deyil…

Bu, məsələnin bir tərəfidir. Mərc oyunlarının bundan əvvəl də Azərbaycanda nə qədər faciələrə yol açdığını bir tərəfə qoysaq, mərc operatoru olaraq “Dəmir Qrup”un futboldan qazanc əldə etmək istəyi başa düşüləndir. Amma “Azərlotereya” ASC-nin faktiki və tək sahibi olan “Dəmir Qrup”un Azərbaycan xalqını qumara alışdırması və eyni zamanda “soğanın qabığını kimi, xalqı soyması”na imkan verilməsini anlamaq çox çətindir...

Qumar biznesinin Azərbaycanda monopoilyaya alan Zafer Rəisoğlu hər dalanda, küçədə, kiçik qumar masası qoymaqla, görəsən nəyə nail olmağa çalışır? Daha çox qazanmağamı? Axı küçələrə səpilən bu kiçik qumar masaları narkotik qədər təhlükəlidir. Nəyə görə, Zafər Rəisoğlu və Yıldırım Dəmirörən mərc operatorluğundan qazandığı milyonlarla doymaq istəmir! Bakının bütün küçələrinə qumar masası qoyaraq, bizim insanlarımızı kütləvi şəkildə qumarbaza çevirməyə nə üçün imkan verilir?!

Heç kəs şübhə etmir ki, burda xalqımıza qarşı ciddi qəsd var və bunun qarşısı nə üçün alınmır?!
Bu sualın cavabını təbii ki, dövlət qurumları verməlidir. Məhz onlar Dəmirörənin və Rəisoğlunun Azərbaycanda qumar biznesini monopoliyaya almağa rəsmi icazə veriblər. 

Bəs, Azərbaycanın Ümummilli Lideri, mərhum prezidentimiz Heydər Əliyevin illər öncə qadağan etdiyi, evlər yıxan, faciə mənbəyi olan küçə qumarına rəvac verilməsi qanunidirmi? Bu da mübahisə mövzusudur və araşdırmağa ehtiyac var…

P. S. Yüksək vəzifə sahibləri arasında Yıldırım Dəmirörən və Rəisoğlu ilə gizli şəriklər olmasaydı, indiki çətin vəziyyətə düşməzdik...

0.48380994796753