Məktəbdə 4 uşaq anasını öldürən gözətçi hakim qarşısında 

 

İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın 11 fevral 2022-ci il tarixində qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Demokratikmusavat.com xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası avqustun 30-na təyin olunub.

Qeyd edək ki, istintaqla zərərçəkmişin tanışı Bəxtiyar Əhmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Gülarə Qəhrəmanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Bəxtiyar Əhmədliyə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

 

0.1904890537262