İran nüvə müzakirələri ilə bağlı ABŞ tərəfinin cavabını alıb

 

an ABŞ hökumətindən nüvə müzakirələrində qalan məsələlərə dair cavabı bu gün axşam saatlarında alıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə APA-ya İranın Xarici İşlər Nazirliyini sözçüsü Nasir Kənani deyib.

N.Kənani bildirib ki, Hərtərəfli Birgə Fəaliyyət Planına dair danışıqlarda qalan məsələlərin həlli üçün İranın şərhlərinə ABŞ hökumətinin cavabı avropalı koordinator vasitəsilə alınıb.

O qeyd edib ki, ABŞ tərəfinin cavabının təfərrüatlı nəzərdən keçirilməsinə başlanılıb. "İran, araşdırmaları tamamladıqdan sonra koordinatora bununla bağlı öz cavabını verəcək".

0.22049903869629