Aralıq dənizində təxribat: Yunanıstan qırıcıları Türkiyə təyyarələrinə müdaxilə etdi

 

Yunanıstan ordusu Aralıq dənizində növbəti dəfə Türkiyə qırıcılarına qarşı təxribat törədib.

"Demokratikmusavat.com"  xəbər verir ki, Yunanıstana məxsus F-16 təyyarələri NATO missiyası çərçivəsində fəaliyyət həyata keçirən türk qırıcılarına radar müdaxiləsi edib. Türk qırıcılar dərhal qarşı tərəfə cavab verib. Yunanıstan qırıcıları ərazidən uzaqlaşdırılıb. Türkiyənin Müdafiə Nazirliyi məsələ barədə NATO-ya məlumat verib. Ankara Yunanıstanın Türkiyədəki hərbi attaşesinə xəbərdarlıq edib.

0.4390709400177