İlham Əliyev Tokayevi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin vəziyyəti barədə məlumatlandırıb

 

Prezident İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin indiki vəziyyəti barədə məlumatlandırıb.

Demokratikmusavat.com xəbər verir ki,bu barədə Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də Bakıda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatlarla çıxışında bildirib.

"Bu gün Qazaxıstan Prezidenti ilə görüşümüz zamanı mən onu Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin indiki vəziyyəti barədə ətraflı məlumatlandırdım və Azərbaycanın Cənubi Qafqaz regionunda uzunmüddətli və möhkəm sülh yaratmaq niyyətini təsdiq etdim. Mən, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün həm işğal dövründə, həm də İkinci Qarabağ müharibəsindən sonra Qazaxıstan tərəfindən beynəlxalq qurumlar çərçivəsində daim dəstəklənməsinə görə təşəkkürümü bildirdim. Biz Azərbaycanda bunu yaxşı bilirik və çox yüksək qiymətləndiririk", - dövlət başçısı deyib.

0.32269597053528