İrəvanda Putin əleyhinə etiraz aksiyası keçiriləcək

 

Bu gün İrəvanda Ermənistana sığınan rusların anti-Putin siyasi qanadının nümayəndələri etiraz aksiyası keçirəcəklər. 

Demokratikmusavat.com ” “hraparak”a istinadən xəbər verir ki, etiraz aksiyasını “Rusiya antihərbi komitəsi” adlı strukturun yaratdığı “Ark” layihəsi təşkil edir və həyata keçirir. 

Rusiya antihərbi və ya Müharibə Əleyhinə Komitəsinin məqsədi Putin rejiminə qarşı qüvvələri birləşdirməkdir və o, birbaşa Rusiyada dövlət çevrilişi həyata keçirməyə çalışır. Bu komitə “Rusiya üçün böyük gələcək” şüarı ilə ağ-göy-ağ bayraq altında fəaliyyət göstərir. Komitə xaricdə Rusiyanın alternativ hökuməti olmağa və Rusiya siyasi mühacirətinin müxalifətinin nümayəndəli orqanı kimi çıxış etməyə can atır. 

Komitə anti-Putin baxışları ilə tanınan Mixail Xodorkovski, Dmitri Qudkov, Marat Qelman, Yevgeniya Çiçvarkina, Qarri Kasparov, Viktor Şenderoviç, Vladimir Kara-Murza və başqaları tərəfindən yaradılıb. Bu şəxslərin hamısı Rusiya tərəfindən “xarici agent” kimi tanınıb.

Mürtəza
Demokratikmusavat.com

0.21297097206116