Azərbaycanda 17 yaşlı qızı qaçırıblar - AÇIQLAMA

 

Qazax rayonunda 17 yaşlı qız qaçırılıb.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

"Ailə iddia edir ki, polis onlara gedib "şirin dillə" başlarını tovlayıb qızlarını geri gətirməyi tövsiyə edib. Qızın xalası bildirib ki, qızı aldadıb aparıblar"-  o yazıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Demokratikmusavat.com "-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda araşdırma aparılır:

"Məsələ ilə bağlı Qazax rayon Polis Şöbəsinə müraciət daxil olub. Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək",- deyə o söyləyib.

Billurə

0.1305820941925