Yunanıstan Türkiyəyə qarşı bu addımı ilə özünü güldürdü

 

Yunanıstan özünü Türkiyədən hasarla təcrid etmək qərarına gəlib və bu məqsədlə iki ölkənin sərhədindən keçən Evros çayı boyunca hasar çəkiləcək.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə qərar çərşənbə axşamı hökumətin Milli Təhlükəsizlik Şurası KYSEA tərəfindən verilib. Hökumət başçısının mətbuat xidmətindən verilən məlumata görə, iclasa baş nazir Kiriakos Mitsotakis sədrlik edib.

“Görüşdə digər məsələlərlə yanaşı həm quru, həm də dəniz sərhədlərimizdən ölkəmizə qanunsuz girişlə bağlı artan təzyiq problemi müzakirə olunub. Müvafiq nazirliklər və Milli Müdafiə Baş Qərargahı tərəfindən müəyyən edilən mübahisəli nöqtələrdə prioritet olmaqla, Evrosun bütün uzunluğu boyunca hasarın mərhələli şəkildə genişləndirilməsi qərara alındı.

Hasarın tikintisi üçün tender keçiriləcək”, - məlumatda deyilir.

Mürtəza
Demokratikmusavat.com

0.46109104156494