Ermənistan bir dövlət kimi məhv olur - Petrosyan

 

Biz bu gün Ermənistanın bir dövlət kimi məhv edildiyini görürük.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu “hraparak”a  müsahibəsində Gürcüstan parlamentinin erməniəsilli keçmiş deputatı Samvel Petrosyan deyib.

“Biz Cavax erməniləri bu gün Ermənistanda gedən bütün proseslərlə yaşayırıq. Amma biz bu gün Ermənistanın bir dövlət kimi məhv edildiyini görürük. Biz Ermənistanın çiçəklənməsini istəyirik, lakin bugünkü Ermənistan tam əks istiqamətdə gedir, sözün əsl mənasında burada anlaşılmaz proseslər gedir. Düzünü desəm, bilməyə, görməyə gəlmişəm ki, burada nə baş verir”, - Petrosyan bildirib.

Mürtəza
Demokratikmusavat.com

0.18714499473572