Azərbaycanda birgünlük “bəy vakansiyası” gündəm oldu

 

Azərbaycanda ödəniş qarşılığında birgünlük saxta bəy axtarılır.

Demokratikmusavat.com xəbər verir ki, feysbuk sosial şəbəkəsində paylaşılan bu elan istifadəçilər tərəfindən geniş müzakirələrə yol açıb.

Belə ki, bəziləri 400 manat qarşılığında tələb olunan "iş"in zarafat, bəziləri isə real olduğunu söyləyib.

Həmçinin bildirilib ki, belə "vakansiya" əvvəlki dövrlərdə də elan edilib.

0.52761697769165