Dayanacağı olmayan küçə: Sakinlər nazarıdır – VİDEO

 

Bakın Xətai rayonu, İlham Məmmədov 26 ünvanında avtobus dayanacağı yoxdur.

Demokratikmusavat.com -ın xezerxeber.az-a istinadən məlumatına görə, həmin ünvanda yaşayan sakinlər dayanacaq sarıdan problem yaşadıqlarını deyirlər.

Onların sözlərinə görə, ehtiyac olan yerdə dayanacaq yoxdur, zəruri olmayan yerdə isə quraşdırılıb. Halbuki, bir il əvvələ qədər sözügedən ünvanda dayanacaq olub.

Sakinlər problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə etdikləri müraciətlərin cavabsız qaldığını deyirlər.

Mövzuya münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib ki, bu məsələ ilə bağlı cari ilin 2 iyun tarixində vətəndaşlar Agentliyə müraciət ediblər. Bunun əsasında mütəxəssislər əraziyə baxış keçirib və müvafiq təhlillər aparıblar. Sakinlərin qeyd etdiyi nöqtə ilə mövcud dayanacaq məntəqəsi arasında 140 metr məsafə var. Bununla yanaşı, yol hərəkəti qaydaları və piyada təhlükəsizliyi baxımında da mövcud dayanacaq məntəqəsinin yeri daha məqsədəmüvafiq hesab edilir.

0.49474000930786