Darya Duqina nədən aradan götürülüb? - Səs-küylü qətlin şokedici versiyaları...

 
"Sui-qəsdin hədəfi filosofun özü yox, məhz qızı 
"Bu qətldə Rusiyanın Ukraynanı ittiham etməsi gözlənilən idi, bununla ölkəmizi terrorçu ölkə kimi göstərməyə cəhd edilib..."
 
"Duqin ölüm və qurban filosofudur, onun özü qızının qətlində maraqlı olub, o, hər zaman atanın qızını qurban verməsi barədə mistik ənənədən danışıb..."
 
"Duqinanın qətli müharibə "quzğunlarını" susdurmaq üçün xəbərdarlıq ola bilər..."
 
Rusiyalı filosof-təbliğatçı Aleksandr Duqin ukraynalılar üçün əlamətdar fiqur olmayıb, deməli, Duqinin və ya qızı Daryanın qətli Ukrayna xüsusi xidmət orqanlarının planlarına daxil olmayıb.
 
Demokratikmusavat.com xəbər verir ki, bu fikri Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç və politoloq, Bell fondunun sabiq rəhbəri Sergey Sumlennı ifadə edib.
 
Belə ki, Feyqin LİVE kanalının efirində Arestoviç güman edib ki, Duqinin qızını Rusiyanın xüsusi xidmət orqanları qətlə yetirə bilərdi. Bu zaman o, məhz Aleksandr Duqini öldürmək istədikləri versiyanı təkzib edib. Onun sözlərinə görə, sui-qəsdin hədəfi filosofun qızı olub.
 
"Ukrayna xüsusi xidmət orqanları nədən Darya Duqinanı qətlə yetirsin ki?  Burada heç bir məntiq yoxdur. Aleksandr Duqini heç kim öldürmək istəməyib. Məhz onun qızını Rusiyanın xüsusi xidmət orqanları pul müqabilində qətlə yetirib", - Arestoviç bəyan edib.
 
Onun sözlərinə görə, böyük ehtimalla Darya Duqina və ya atası hansısa "pullara əl qoyub" və ya "haradasa büdcə oğurluğuna" yol verib, lazımi adamlarla bölüşməyib və ya vəd edib, vədlərinə sadiq olmayıb, mümkündür ki, söhbət pulların Qərbdəki hansısa siyasi partiyalara ötürülməsindən gedir. 
 
Arestoviç qətlin ideoloji səbəblərinə inanmır. O, güman edir ki, belə qəddarlıqla Aleksandr Duqinə xəbərdarlıq edilib. 
 
Bu zaman Arestoviç qeyd edib ki, Rusiyanın rusiyalı ideoloqun qızının qətlində Ukraynanı ittiham etməsi gözlənilən olub, bu yolla rusiyalı təbliğatçılar Ukraynanı terrorçu ölkə kimi göstərmək istəyib. 
 
Arestoviç əmindir ki, beləliklə, Rusiya "Azov" alayının Milli qvardiya hərbi qulluqçularının üzərində Mariupolda keçirilməsi planlaşdırılan məhkəmə ərəfəsində vəziyyəti gərginləşdiririr.
 
Öz tərəfindən Sergey Sumlennı bəyan edib ki, ukraynalılar üçün daha əhəmiyyətli düşmən Kreml ideoloqları və təbliğatçılarıdır.
 
"Ukrayna xüsusi təyinatlılarının bu hücumda əli ola bilərdimi?  Mən şübhə edirəm. Duqin böyük rusiyalı təbliğatçı olmayıb. O, ukraynalılar üçün Rusiya təcavüzünün siması olmayıb. Skabeyeva, Solovyov, Tolstoy, Kiselyov, Simonyan-bunlardan kimsə daha məntiqi hədəf ola bilərdi", - politoloq qeyd edib.
 
O, güman edib ki, Duqin özü qızının qətlində maraqlı olub.
 
"Duqinanın hədəf olmasının yeganə variantı o ola bilərdi ki, onun özü bunu planlaşdıra bilərdi. Gəlin, nə qədər qəribə gəlsı də, bu versiya üzərində dayanaq", - Sumlennı yazır
 
Onun sözlərinə görə, Duqin ölüm və qurban filosofudur, o, həmişə deyirdi ki, ölüm təcrübəsi çox vacibdir. Onun "Avrasiya" ideologiyasında əzəmətli ata öz qızını qurban verir ki, fövqəlbəşər qüvvələri hərəkətə gətirsin və öz zəif vəziyyətini yaxşılaşdırsın.
 
Duqin isə həmişə "üçüncü dərəcəli ulduz" olub, Kreml fəal surətdə onun ideyalarını istismar edib, lakin elita dairəsinə dəvət etməyib.
 
"Özünün ezoterik ultrasağ "Arctogaea"  internet-səhifəsində Aleksandr Duqin böyük məqalə ilə çıxış edərək, uşaqları, o cümlədən atanın qızını qurban verməsi barədə qədim mistik ənənə haqqında danışıb", - politoloq xatırladıb.
 
2020-ci ilin aprelində Duqin yazıb ki, müəyyən elitalar yalnız bir məqsədlə meydana çıxa bilər-mürəkkəb zamanlarda qurban verilməlidir ki, cəmiyyət möcüzə nəticəsində Tanrının itirilən dəstəyinin bədəlini ödəmiş olsun.
 
Politoloq güman edir ki, Duqinanın qətli müharibə "quzğunlarına" onları susdurmaq üçün siqnal ola bilər.
0.21351003646851