Nazir jurnalistlərin istəyini yerinə yetirdi - FOTO

 

İyulun 27-də elm və təhsil naziri Emin Əmrullayevin jurnalistlər üçün keçirdiyi brifinqdə ön sırada nazirliyin rəsmiləri əyləşmişdi.

Demokratikmusavat.com xəbər verir ki, səsləndirmənin zəif olması, ilk sıradan sonra çəkiliş üçün kameraların yerləşməsindən dolayı media nümayəndələri nazirin dediklərini eşitməkdə və onu görməkdə çətinlik çəkirdilər.

Buna görə də jurnalistlər 2 saata yaxın müddətdə ayaq üstə səsgücləndiricilərin yanında dayanaraq brifinqi işıqlandırmağa çalışırdı.

Jurnalist Nərgiz Salmanova brifinqdə söz alan zaman həmkarları adından Emin Əmrullayevə müraciət edərək sözügedən problem nazirin nəzərinə çatdırmışdı. Qurum rəhbəri isə onu haqlı hesab edərək, növbəti brifinqdə jurnalistlərin ön sırada əyləşəcəyinə dair söz vermişdi.

Elm və təhsil naziri Emin Əmrullayevin bugünkü brifinqində isə ön sırada jurnalistlər əyləşmişdi.

Billurə Yunus

27.07.2022

23.08.2022

 

0.17871809005737