Erkən nikahlara görə müəllim və direktorlar məsuliyyət daşıyırmı?- Nazir danışdı

 

"Erkən nikahlarla bağlı burada yalnız müəllim və məktəb direktorunun müdaxilə etməsi imkanları çox məhduddur".

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, bu hallar çox vaxt 9-cu sinifdən sonra baş verir.

"Erkən nikahların kökü və əsas səbəbini məktəbdə görmürəm. Düşünmürəm ki, əsas məsələ məktəb deyil.

Əgər məktəb direktoru birbaşa olaraq kiminsə erkən nikaha girməsinə səbəb olursa, birbaşa onu cəzalandıra bilərəm. Qanunvericilikdə direktorun erkən nikaha mane olması ilə bağlı isə öhdəlik yoxdur".

Nazir əlavə edib ki, erkən nikahlarla bağlı məsələ ailəvi və cəmiyyətlə bağlıdır.

Billurə Yunus

0.59399580955505