Nazirdən 31 mindən çox abituriyentin 150 baldan aşağı nəticə göstərməsi ilə bağlı AÇIQLAMA

 

Elm və təhsil naziri Emin Əmrullayev bu il 31 mindən çox abituriyentin 0-150 aralığında bal toplaması ilə bağlı məsələyə münasibət bildirib.

Demokratikmusavat.com xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bu və ya bənzər statistikanın hər il təkrarlandığını bildirib:

"O, abituriyentlərin böyük əksəriyyəti-70-80%-i əvvəlki illərin məzunlarıdır. Bu şəxslər hər il qəbul imtahanlarında iştirak edir və 150 bal yığır. Tək 31 min adamın 150 baldan aşağı bal yığıb demək doğru deyil".

Nazir yüksək bal toplamış abituriyentlərin xaricdə təhsilə üstünlük verməsi ilə bağlı deyilənlərə də aydınlıq gətirib:

"Hazırda daha çox adam Azərbaycanda təhsil alır. Xaricdə təhsilə üz tutanların sayı heç də Azərbaycanda təhsil alıb uğur qazananların sayından çox deyil",-deyə o əlavə edib.

Billurə Yunus

0.23556303977966